logo
logo logo
logo

Ağ Ev "Tramp TV" kanalını yaratdı 

12:25 - 22 Sentyabr 2026

Ağ Ev \"Tramp TV\" kanalını yaratdı 

ABŞ Prezidenti Donald Tramp ölkənin televiziya şəbəkələrinin tətbiq etdiyi məhdudiyyətlərə öz platforması olan “Trump TV”ni yaradaraq cavab verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, fasiləsiz yayıma bazar ertəsi axşam başlanılıb. Ağ Ev hökumətin açıqlamalarının və əvvəlki çıxış və qiymətləndirmələrin yer aldığı yayımın sutka ərzində, həftənin yeddi günü aparıldığını açıqlayıb.

Ağ Ev bazar ertəsi axşam “Trump TV” adlı onlayn yayım kanalı yaradıb. Bildirilib ki, kanal “seçilmiş videoları, mühüm açıqlamaları və qaçırılmamalı məqamları operativ yenilənmələrlə həftənin yeddi günü, sutka ərzində” yayımlayacaq.

Kanal fəaliyyətə başlayarkən Trampın iyulun 3-də Raşmor dağında etdiyi çıxışın arxiv görüntüləri nümayiş etdirilirdi.

ABŞ-ın iri televiziya şəbəkələri NBC, ABC, CBS və Fox News, eləcə də CNN, Politico və MS Now Ağ Evin prezident üçün keçirilən məlumatlandırma toplantılarından kənarlaşdırılmasına etiraz olaraq dünən Ağ Evdəki televiziya yayımlarını dayandırmaq qərarına gəlib.

Kənarda saxlanılan üç media qurumu Ağ Evin fəaliyyətini işıqlandırmaq imkanlarının bərpa olunması tələbi ilə dünən Vaşinqtondakı federal apellyasiya məhkəməsinə müraciət edib.

Şənbə günü Ağ Evin mühafizə xidməti ABŞ Prezidenti Donald Trampın göstərişi əsasında həmin üç media qurumunun jurnalistlərinin binaya girişinə qadağa qoyub.

Qərarı öz şəxsi platformasında paylaşdığı açıqlama ilə elan edən ABŞ Prezidenti Donald Tramp həmin media qurumlarının davamlı olaraq yalan məlumat yaydıqları üçün kənarlaşdırıldığını bildirib.

ABŞ Prezidenti Donald Tramp açıqlamasında prezident, hökumət və ABŞ haqqında davamlı olaraq əsassız iddiaların və yalan məlumatların yayılmasının qəbuledilməz olduğunu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az