ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı ölkə başçısı Co Baydeni Əfqanıstanda yaranmış vəziyyətə görə istefa verməyə çağırıb.
Manşet.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
D.Tramp bildirib ki, Co Bayden üçün bu məsələ heç də çətin olmamalıdır, çünki o, onsuzda qanuni şəkildə seçilməyib.
"Prezident Əfqanıstanda hadisələrin hazırkı inkişafına görə rüsvayçılıqla istefaya getməlidir", - deyə D.Tramp bildirib.