“Əfqanıstan narkotikin heç bir növünü istehsal etməyəcək"- Taliban rəsmisi

21:21 - 17 Avqust 2021

“Əfqanıstan narkotikin heç bir növünü istehsal etməyəcək\"- Taliban rəsmisi

Əfqanıstan narkotik istehsalını dayandıracaq.

Manşet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid bildirib.

“Əfqanıstan narkotikin heç bir növünü istehsal etməyəcək... Artıq heç kim narkotik qaçaqmalçılığının təşkilində iştirak edə bilməyəcək... Bundan sonra Əfqanıstan narkotikdən azad bir dövlət olacaq”, - deyə Mücahid mətbuat konfransında qeyd edib.

“Taliban” nümayəndəsi deyib ki, bu məqsədə çatmaq üçün ölkə sakinlərinə başqa məhsul yetişdirmək imkanı qazandırmaq üçün beynəlxalq yardıma ehtiyac duyulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az