12 əsgərimiz öldü, 15 əsgərimiz yaralandı. İŞİD təhdidi bizi dayandırmayacaq. Lazım gələrsə, İŞİD-ə hücum edəcəyik.
Manset.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının komandanı, general Kennet Makkenzi deyib.
"İtkilərin sayı ilə bağlı dəqiq məlumatımız yoxdur. Əfqanıstandan təxliyə davam edəcək. 5 min insan Kabil hava limanında gözləyir", - Makkenzi qeyd edib.