ABŞ “Taliban”ı tanımaq üçün şərtini açıqladı

19:49 - 07 Sentyabr 2021

ABŞ “Taliban”ı tanımaq üçün şərtini açıqladı

“ABŞ “Taliban” radikal hərəkatını Əfqanıstan hökuməti kimi tanımağa tələsmir”.

Manşet.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib. O bildirib ki, Vaşinqtonun qərarı taliblərin gələcək addımlarından asılı olacaq:

“Dövlət başçımızın dünən dediyi kimi, tanımağa tələsmirik. Bu, “Taliban”ın gələcəkdə hansı addımlar atacağından asılı olacaq. Dünya, o cümlədən ABŞ bu addımları izləyəcək”.

Psaki əlavə edib ki, Vaşinqton taliblərin Əfqanıstanda tanınması üçün vaxt cədvəli təyin etməyib.Qafqazinfo


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az