Prezident Vaqif Sadıqova daha bir vəzifə verdi - SƏRƏNCAM

14:43 - 15 Sentyabr 2021

Prezident Vaqif Sadıqova daha bir vəzifə verdi - SƏRƏNCAM

Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib.

 

"Manset.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, V. Sadıqov 2004-2010-cu illərdə xarici işlər nazirinin müavini, 2010-2015-ci illərdə isə Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri olub. Bu ilin iyulunda Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az