Rusiya BMT-nin vaksin sənədi qərarına etiraz etdi

09:28 - 16 Sentyabr 2021

Rusiya BMT-nin vaksin sənədi qərarına etiraz etdi

Xəbər verdiyimiz kimi BMT sentyabrın 21-də Nyu-Yorkda başlayacaq 76-cı Baş Assambleya iclaslarına qatılacaq lider və nümayəndələrdən vaksin vurdurduqlarına dair sübut göstərmələrini istəyəcək.

 

Manset.az xəbər verir ki, Rusiya sözügedən qərara etiraz edən ilk ölkə olub.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia bu addımın məyusluq yaratdığını və vaksinasiyaya dair sənəd göstərməsələr, Baş Assambleyanın salonuna girişə mane olunmasının BMT şərtini pozduğunu bildirib.

O qeyd edib ki, təkcə vaksin olunanların qəbul edilməsinə etiraz edirlər.

Nebenzia bu addımın ayrı-seçkilik olduğunu əlavə edib və buna etiraz üçün sentyabrın 16-da toplanmağa çağırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az