"Azərbaycanlı tərəfdaşlarımızla təmasdayıq” - Mariya Zaxarova

18:31 - 16 Sentyabr 2021

\"Azərbaycanlı tərəfdaşlarımızla təmasdayıq” - Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Xəzər dənizində və Laçın rayonunda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsinə münasibət bildirib.

Manşet.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, Rusiyanın mövqeyi rəsmi Bakının diqqətinə çatdırılıb.

“Ölkəmizin mövqeyi azərbaycanlı tərəfdaşlar tərəfindən anlayışla qarşılanıb. Düzünü desək, ictimai şərhlərdən çəkinməyi mümkün hesab edirəm. Azərbaycanlı tərəfdaşlarımızla təmasdayıq”, - deyə Rusiya XİN rəsmisi qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az