Türk Şurasının XİN başçıları görüşəcək

22:34 - 21 Sentyabr 2021

Türk Şurasının XİN başçıları görüşəcək

Sentyabrın 27-də Türk Şurası üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Manşet.az xəbər verir ki, toplantı Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2009-cu ildə Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın təşviq edilməsi məqsədilə beynəlxalq hökumətlərarası təşkilat kimi yaradılıb.

Təşkilatın dörd qurucu üzv dövlətləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az