"Prezidentin BMT-dəki çıxışı çox böyük rezonansa səbəb oldu" - Deputat

14:11 - 24 Sentyabr 2021

\"Prezidentin BMT-dəki çıxışı çox böyük rezonansa səbəb oldu\" - Deputat

“Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı çox böyük rezonansa səbəb oldu. Cənab Prezidentin bu çıxışını beynəlxalq aləmə, Ermənistan və onu dəstəkləyib, Cənubi Qafqazda sülhün yaranmasına mane olmaq istəyən qüvvələrə, dövlətlərə ciddi bir mesaj idi”.

 

Manset.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat Vahid Əhmədov deyib.

Deputatın sözlərinə görə, dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsi və gələcək addımlarla bağlı mövqeyini qətiyyətli bir şəkildə dünya ictimaiyyətinə çatdırdı.

“Prezident Azərbaycanın sülhə hazır olduğunu və bölgənin gələcəyinin sülhdən başqa alternativinin olmadığını bir daha beynəlxalq aləmin diqqətinə çatdırdı. Prezident  həmçinin bəyan etdi ki, bəzi ölkələr bölgədə sülhə mane olmaq üçün Ermənistanı yenidən silahlandırmağa çalışır. Amma  bunun perspektivi yoxdur. Çünki Azərbaycan bölgədə hər hansı revanşizmə imkan verməyəcək”, - o qeyd edib.

Deputat əlavə edib ki, Ermənistanın havadarları bu ölkənin inkişafını istəyib, üzləşdiyi böhrandan qurtarma istəyirsə, o zaman irəvanı sülhə vadar etməlidir: “Prezident çıxışında xatırlatdı ki, Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gəlmiş və 1998-2018-ci illərdə hakimiyyətdə olmuş səhra komandirləri Azərbaycan ərazilərinin 30 ilə qədər davam edən işğalı ərzində məkrli arzularına və məqsədlərinə çatmaqda uğursuzluğa düçar oldular".

V.Əhmədov dövlət başçısının çıxışından sitat gətirib: “Əksinə, 2017-ci ildə BMT Baş Assambleyasındakı çıxışımda qeyd etdiyim kimi, Ermənistan tam iflasa uğramış dövlətə çevrilib. Ermənistan o dərəcədə zəifləyib ki, heç özü sərhədlərini belə qorumaq iqtidarında deyil. Bəli, Azərbaycan 2020-ci ildə sentyabrında başlayan 44 günlük Vətən müharibəsi zamanı sübut etdi. Ermənistanın Qarabağda qurduğu istehkam sistemi və ordusu darmadağın edildi. Ermənistan daha ağır vəziyyətə düşüb kapiutilyasiya aktı imzalamaq zorunda qaldı”. Əgər Ermənistan bir dövlət kimi mövcudluğunu qoruyub, saxlamaq və inkişaf etmək istəyirsə, sülh sazişini imzamalıdır. Prezident bəyan etdi ki, Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı edilən təkliflərə Ermənistan tərəfindən hələ də cavab yoxdur. Prezident onu da bəyan etdi ki, sülh sazişi imzalanarsa, bölgə yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq. Yeni nəqliyyat layihələri icra olunacaq. Bakı, Naxçıvan,Türkiyəni birləşdirən Zəngəzur layihəsi reallaşa bilər ki, bundan Ermənistan çox böyük fayda götürə bilər. Düzdür, Zəngəzur dəhlizi ilə bağlı məsələni və Iğdırdan yeni yol çəkilməsini Ərdoğan da bəyan edib.  Prezidentin də bəyan etdiyi kimi 44 günlük müharibənin yekunu kimi bölgədə yeni situasiya yaranıb və beynəlxalq aləm bunu nə qədər tez qəbul edib, buna uyğun addıma atarsa, yaxşı olar. Prezident eyni zamanda beynəlxalq aləmi, ermənilərin havadarlarını xəbərdar edərək bir daha işğaldan azad olunan ərazilərlə bağlı siyasi manipulyasiyalara yol verməməyə çağırdı. Artıq Qarabağ münaqişəsi tarixə çevrilib və belə bir  problem yoxdur. Azad olunan ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi  rayonları yaradılıb. Odur ki, bölgə sülhə mane olmaqdansa, tez bir zamanda dayanıqlı sülhün təmin olunması üçün Ermənistana təzyiqlər edilməlidir. Daha yenə də ikili siyasət yürüdüb bölgədə gərginlyin davam etməsinə çalışmasınlar. Bax Prezidentin çıxışının əsas mahiyəti bundan ibarət idi. Prezident son olaraq onu mesaj verdi ki, Ermənistanı silahlandırıb, yenidən  revanşizmə yol verərsə başı yerindəcə əziləcək”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az