TƏBİB əməkdaşları arasında koronavirusdan vəfat edən var?

17:48 - 24 Sentyabr 2021

TƏBİB əməkdaşları arasında koronavirusdan vəfat edən var?

Pandemiya ilə mübarizədə yaxından iştirak edən qurumlardan biri də “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”dir (TƏBİB).

Qurum əməkdaşları pandemiya dövründə mütəmadi olaraq ölkədəki vəziyyət və karantin rejimi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında da yaxından iştirak ediblər.
Bəs görəsən əhalini virusdan qorunmağa çalışan qurumun əməkdaşları arasında COVID-19 infeksiyasının qurbanı olan varmı?

TƏBİB-dən Manşet.az-a bildirilib ki, vaksinasiya strategiyasına uyğun olaraq TƏBİB əməkdaşları ilk vaksin olunanlar sırasındadırlar:

“Bu günə kimi TƏBİB əməkdaşlarının 91% i vaksin olunublar. Əməkdaşlar arasında koronavirus səbəbindən vəfat edən yoxdur”.

Qeyd edək ki, bu günə qədər ölkədə koronavirus infeksiyasından vəfat edən tibb işçiləri olub. Onların əksəriyyəti birbaşa TƏBİB-də çalışmasalar da, qurumun tabeliyində olan tibb müəssisələrində çalışıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az