Qazaxıstan Ermənistana silah tədarükü ilə bağlı iddiaları TƏKZİB ETDİ

19:11 - 24 Noyabr 2023

Qazaxıstan Ermənistana silah tədarükü ilə bağlı iddiaları TƏKZİB ETDİ

Qazaxıstan Müdafiə Nazirliyi Ermənistana silah tədarükü ilə bağlı xəbərləri təkzib edib.

Manset.az xəbər verir ki, bu barədə nazirli bəyanat yayıb.

“Ermənistan Respublikasına Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub. Bununla əlaqədar vətəndaşlardan və KİV nümayəndələrindən yayılan şayiələrə reaksiya verməməyi və yalnız rəsmi mənbələrə etibar etməyi xahiş edirik”, deyə Qazaxıstan MN bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan çıxışlarının birində ölkəsinin Qazaxıstanı potensial hərbi texnika tədarükçüsü hesab etdiyini bildirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az