Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb - FOTO

01:02 - 01 Dekabr 2023

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb.

 

Manset.az-a bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə ikitərəfli qarşılıqlı fəaliyyət, o cümlədən regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Danışıqlar zamanı həmçinin son regional hadisələr fonunda Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri haqqında səmərəli müzakirələr aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az