Ərdoğan İlham Əliyevi belə təbrik etdi

14:41 - 24 Dekabr 2023

Ərdoğan İlham Əliyevi belə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

 

Manset.az xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan səmimi diləklərimlə təbrik edir, ailənizlə birlikdə Sizə cansağlığı və xoşbəxtlik dolu uzun ömür arzulayıram.

Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir.

Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək.

Dəyərli Qardaşım, bu fürsətdən istifadə edərək doğum gününüzü bir daha təbrik edir, Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı ifadə edirəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az