MDB liderləri "Böyük Peterhof Sarayı” ilə tanış oldular - YENİLƏNDİ

20:02 - 26 Dekabr 2023

MDB liderləri \"Böyük Peterhof Sarayı” ilə tanış oldular - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Böyük Peterhof Sarayı” ("Большой петергофский дворец") ilə tanış olublar.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***18:44

Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitdə iştirak edən MDB üzv ölkələrin rəhbərləri Peterhof Dövlət Muzey-Qoruğuna gəliblər.

 

Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammiti danışıqlar masası arxasında deyil, Sankt-Peterburqun saray və park kompleksləri ilə tanışlıq zamanı başlayıb.

Liderlər “Böyük Peterhof Sarayı”nı gəzməyi planlaşdırırlar. MDB-nin qeyri-rəsmi sammiti Strelnadakı Konstantinovski sarayında müzakirələrlə başa çatacaq.

Xatırladaq ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gedib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az