XİN başçıları Ermənistanla normallaşma prosesini müzakirə etdilər

20:25 - 26 Dekabr 2023

XİN başçıları Ermənistanla normallaşma prosesini müzakirə etdilər

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

 

Bu barədə Manset.az Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az