Sülhməramlılar Azərbaycanı nə vaxt tərk edəcək?

17:38 - 28 Dekabr 2023

Sülhməramlılar Azərbaycanı nə vaxt tərk edəcək?

Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub.

 

Manset.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib. 

O qeyd edib ki, tərəflər arasında üçtərəfli bəyanat var və bu bəyanat liderlər səviyyəsində imzalanıb.

"Bu sənəd əsas götürüləcək”, - nazir deyib.

Qeyd edək ki, 10 noyabr sənədinə əsasən Azərbaycan ərazisinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.

Antiterror tədbirlərindən sonra Qarabağda sülhməramlılara məxsus bir çox müşahidə məntəqəsi fəaliyyətini dayandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az