Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş zamanı iki ölkə arasında münasibətlər hərtərəfli müzakirə olunub.
Manset.az bu barədə TRT-yə istinadən xəbər verir.
Bununla yanaşı, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir mübadiləsi aparıblar. H.Fidan qeyd edib ki, Türkiyə Qara dənizdə gərginlik istəmir.