Azərbaycanda bu şəxslərin maaşları artırılacaq

13:00 - 09 Fevral 2026

Azərbaycanda bu şəxslərin maaşları artırılacaq
“Əmək Məcəlləsi”nə təklif edilən və artıq Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq.



Manset.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrülük təmin olunacaq:

“Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək. Minimum əmək haqqı məbləğinə baxılması daha kimlərin maaşlarını artıracaq? Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır.

Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.

Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əmək haqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az