2023-cü ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15% artaraq 23549,5 milyon manat və ya hər nəfərə orta hesabla 2323,6 manat olub.
Bu barədə Manset.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 20649,6 milyon manat təşkil edib.