Mərdəkanda 27 yaşlı kişi qətlə yetirildi - Şübhəli saxlanıldı

12:40 - 19 İyun 2024

Mərdəkanda 27 yaşlı kişi qətlə yetirildi - Şübhəli saxlanıldı

Bakıda 27 yaşlı kişi qətlə yetirilib, şübhəli saxlanılıb.
 

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 19-da paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Talıbov Adil Xəyal oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1999-cu il təvvəllüdlü Süleymanlı Mətləb Müşfiq oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az