Bakıda mağazanın tualetindən meyit tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən inşaat mağazasının sanitar qovşağında kişi meyiti aşkar edilib.
Meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Sabir oğlu Bəşirov olması müəyyən edilib.
Araşdırma aparılır.