Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində xuliqanlıq edən 4 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Ramil Əbilov, Rəşad Məmmədov, Telman və Məmmədağa Heydərovlar olduqları müəyyən edilib.
Saxlanılan şəxslər barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.