Sabiq icra başçısının oğlu adam güllələdi

15:39 - 16 Yanvar 2026

Sabiq icra başçısının oğlu adam güllələdi

Yevlaxda silahlı insident baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

    Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir.

    Xatırladaq ki, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ildə həbs olunmuşdu. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısı 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb. Həmin il dekabr ayında vəfat edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az