Samuxda qadın bıçaqlandı - Oğlu saxlanıldı

09:26 - 07 Mart 2026

Samuxda qadın bıçaqlandı - Oğlu saxlanıldı

Samuxda qadın bıçaqlanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Əhmədbəyli kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü E.Ələkbərova ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə isə E.Ələkbərovanın oğlu, 2005-ci il təvəllüdlü R.Ələkbərov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az