“Lider TV"nin sabiq əməkdaşını öldürən ərinə irəli sürülən maddə ağırlaşdırıldı

17:12 - 10 Yanvar 2022

“Lider TV\"nin sabiq əməkdaşını öldürən ərinə irəli sürülən maddə ağırlaşdırıldı

Bakıda qadını qətlə yetirən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb.

Bu barədə Manset.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsinə tövsif edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, N.Həsənova bağlanmış "Lider" Televiziyasında texniki şöbədə işləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az