Anar Əsədli həbs edildi

22:07 - 21 Aprel 2023

Anar Əsədli həbs edildi

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

Anar Əsədliyə qarşı Cinayət Məcəllisinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb. Barəsində məhkəmə qərarı ilə 2 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, A.Əsədli ötən günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az