Cəlilabad sakini qətlə yetirildi: Saxlanılan var

20:32 - 27 May 2023

Cəlilabad sakini qətlə yetirildi: Saxlanılan var

Mayın 27-də saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci il təvəllüdlü Əzimov Şamo Şamil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə Ş.Əzimovun həmkəndlisi, 1991-ci il təvəllüdlü Aslanov Rəşad Aydın oğlu şübhəli bilinir. O, saxlanılıb.

Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. R.Aslanov polisə könüllü təslim olub.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az