ARB-də yayımlanan “Fullshow” verilişi artıq efirdə olmayacaq.
Manset.az xəbər verir ki, bu barədə aparıcı Samir Bayramlı özü məlumat verib.
O qeyd edib ki, layihənin bağlanması məcburi qərar deyil. Aparıcının sözlərinə görə, proqram tamamilə şəxsi istəyi əsasında dayandırılıb:
“Artıq bir aydır ki, şəxsi istəyim və qarşılıqlı razılaşma əsasında arb tv də yayımlanan özəl media ilə biryerdə ərsəyə gətirdiyimiz “FULLSHOW” verilişini dayandırıb yollarımı ayırmışam. 1 ilə yaxın zamanda birgə çalışdığım bütün komandaya təşəkkür və yeni işlərində uğurlar arzu edirəm! Növbəti gözəl layihələrdə görüşmək ümidi ilə” - deyə paylaşımda qeyd edilib.