Əməkdar artist Könül Kərimova sənətə yeni gəldiyi illərdən danışıb.
Manşet.az xəbər verir ki, aparıcı Leyla Quliyevanın "Söhbət musiqidən gedir" proqramına qonaq olan ifaçı anasının təkidi ilə müğənni olduğunu etiraf edib:
"Bir dəfə xora getməmişdim. Həmin dövrlərdə mobil telefonlar da yox idi. Anam işən gələndə dedi ki, niyə evdəsən? Dedim bu gün xor dərsi yox idi, müəllim dedi ki, dərsə gəlməyin. Həmin axşam müəllimim qonşumuzun telefonuna zəng vurub deyib ki, mən narahatam, Könül niyə dərsə gəlməyib? O günü mən heç vaxt unutmaram. Anam saçımdan tutdu, sürüdü məni, döyülə-döyülə axır ki, müğənni oldum".
Ətraflı videoda: