Əməkdar artist Elza Seyidcahan klip çəkilişi zamanı yıxılıb və xəsarət alıb.
Manşet.az xəbər verir ki, bu haqda müğənni axşam.az-a açıqlamasında deyib.
O bildirib ki, hadisə “Mehriban gəlin” klipinin çəkilişi zamanı olub:
“Sirkdə taxtanın üstündə dayanıb hərəkət göstərirlər. Mən də həmin taxtanın üstündə dayandım, yıxıldım. Belimdə və ayağımda zədələr var. Göyərib və ağrıyır. Amma əsas işim uğurlu alındı”.