Ağamirzə də "Beşiktaş"ı qarşıladı

22:59 - 12 May 2023

Ağamirzə də \"Beşiktaş\"ı qarşıladı

Xəbər verdiyimiz kimi, Türkiyənin “Beşiktaş” klubu “Sabah”la xeyriyyə oyunu üçün Bakıya gəlib.

 

Manset.az bildirir ki, hava limanında çoxlu sayda azarkeş "Beşiktaş"ın oyunçularını qarşılayıb.

İstanbul klubunu qarşılayanlar arasında məşhur meyxanaçı Ağamirzə də olub. O, jurnalistlərə açıqlamasında "Beşiktaş" azarkeşi olduğunu bildirib.

Qeyd edək ki, görüş sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az