Bir vaxtların seriallar içində yüksək reytinqə sahib olan və hələ də izləmələrdə reytinqləri qıran "Aşk-ı Memnu" serialının "Beşir"inin son halı izləyiciləri maraqla qarşılayıb.
Manset.az türk mətbuatına istinadla bildirir ki, baş rollarında Beren Saat və Kıvanç Tatlıtuğun yer aldığı serialda “Aşk-ı Memnu” serialının aktyorlarının son durumları gündəmdədir. Bu oyunçulardan biri də Cəmiləni böyük sevgisi “Bəşir” obrazını canlandıran Baran Akbulutdur. Ziyagil malikanəsində Behlül və Bihterin yasaq sevgisinə şahid olan Beşir serialda yatağa düşmüşdü. Serialın ən sevilən personajlarından olan Beşirin yeni obrazı görənləri çox təəccübləndirib. Baran Akbulutun yeni imicini görənlər
“Cəmilə belə, bu qədər gözləmirdi”, “Sənə nə olub”, “Başqa adam”, “Görəndə tanımadım” kimi şərhlər olub.
Manşet.az