Azərbaycanın məşhur müğənnisi ayağını sındırdı - FOTO/VİDEO

17:50 - 10 İyul 2023

Azərbaycanın məşhur müğənnisi ayağını sındırdı - FOTO/VİDEO

Müğənni Damlanın ayağı sınıb.  

 

Manset.az xəbər verir ki, bunu əks etdirən görüntüləri stilist Emil Hacıyev instaqramda paylaşıb.

Videoda müğənninin qoltuq ağacı ilə gəzdiyini görmək mümkündür.  

Məsələ ilə bağlı Qafqazinfo müğənninin meneceri Şəhriyar Abişovla əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, hadisə srağagün baş verib: “Damla xanım restorandan çıxarkən ayağı burxulub, pilləkəndan yıxılıb. Hazırda vəziyyəti yaxşıdır”.

Onun sözlərinə görə, buna baxmayaraq, müğənni bu gün bütöv toyu idarə edəcək.    


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az