“Xalq artisti olmaq hələ hər şey demək deyil. Nə olsun ki, Xalq artistisən, soyunmaqla Xalq artisti olmaq olmur”.
Manset.az-ın məlumatına görə bu sözləri müğənni Maral Tahirqızı dünən "Tiktok" sosial şəbəkə səhifəsində canlı yayımında Röya Ayxanın son günlər sosial şəbəkədə daha çox yayılan videosuna münasibət bildirərkən deyib.
Müğənni Röyanın videosunu izləyicilərinə göstərərək: “Görün, kimlər Xalq artisti olur, Xalq artisti olmaq hələ hər şey demək deyil. Nə olsun ki, Xalq artistisən, soyunmaqla Xalq artisti olmaq olmur”- deyib. Maral Tahirqızının bu sözləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Manşet.az