Mehriban Xanlarova "Şəhid məktubu"nu təqdim etdi - VİDEO

22:02 - 15 İyul 2023

Mehriban Xanlarova \"Şəhid məktubu\"nu təqdim etdi - VİDEO

Əməkdar artist Mehriban Xanlarova "Şəhid məktubu" adlı şeirini və ona hazırladığı klipi təqdim edib.

 

Manset.az axşam.az-a istinadən bildirir ki, şeir Vətən müharibəsi şəhidlərinə həsr edilib.

"İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən etibarən, ürəyimdə sönməyən yanğı var. Çünki həmin dönəmlərdə bütün şəhid ailələrini ziyarət edib, ürək dağlayan hissləri onlarla birlikdə yaşadım. Nə çəkdiklərinə canlı şahid oldum. Bu şeir klipində, fəryad səsimi yüksəldərək, az da olsa ürəyimi boşalda bildim. Tovuz döyüşlərinin il dönümündə, bu şeiri bütün şəhidlərimizə həsr edirəm. Allah hər birinə qəni-qəni rəhmət eləsin" deyə, aktrisa yeni işi haqda fikirlərini bölüşüb.

Şeirin Esmira Ehtibarqızı, musiqi isə Arif Səlimova məxsusdur. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az