Nazirin iştirakı ilə görüş keçirildi - 2 kino ittifaqı bu ad altında birləşəcək

12:10 - 26 İyul 2023

Nazirin iştirakı ilə görüş keçirildi - 2 kino ittifaqı bu ad altında birləşəcək

Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqlarının sədrləri, onların katiblər və üzləri, bir sıra önəmli Xalq Artistlərinin və kino ictimaiyyətinin iştirakı ilə görüş keçirilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, görüşdə hər iki ittifaqın birləşməsi ilə bağlı ittifaq sədrləri Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova bəyanat imzalayıblar. Bəyanat imzalandıqlardan sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qurumların bundan sonra Azərbaycan Kinomatoqrafçılar Birliyi adı altında fəaliyyət göstərməsini təklif edib.

Yaradılacaq qurumun rəsmi yerləşəcəyi məkan Bülbül prospektində  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) hazırda yerləşdiyi bina olacaq.

 

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az