Taleh Xatirəni xəstəxanada niyə tək qoyub? - FOTO/VİDEO

22:00 - 18 Fevral 2024

Taleh Xatirəni xəstəxanada niyə tək qoyub? - FOTO/VİDEO

Aktyor Taleh Yüzbəyov yeni layihələri, işləri və xanımı Xatirə Yüzbəyova ilə bağlı danışıb.

 

Manset.az  xəbər verir ki, sənətçi OLAY-la qısa söhbət edib. O, əvvəlcə yayımı gecikən “Alatava” serialından söz açıb:

“Artıq montaj bitir. Bu sualı Əlixan bəyə yönləndirin (gülür). İctimai TV-nin yayım qrafiki ilə əlaqəlidir. İnşallah martda yayımlanacaq”.

Yüzbəyov bildirib ki, növbəti ay “Səma ilə görüş” filminin də təqdimatı olacaq:

“Aksiyon komediyadır. Qovdu-qaçdı, hərəkətli, həyəcanlıdır. Camal obrazını oynamışam. İki mənalı obrazdan biridir. Spoyler vermək istəmirəm. Məncə, maraqlı iş alınıb. Kinoteatrlarda tamaşaçıları iki saata yaxın əyləncəli bir film gözləyir”.

Sənətçi söyləyib ki, hələlik “Zəhər tuluğu” filminin davamını istəmir:

“Orxan Mərdan davamını çəkmək istəyir. Mən isə deyirəm ki, başqa bir iş görək. Yaxın illərdə olacaq”.

Sonda sənətçi xanımı, influenser Xatirə Yüzbəyovanın mədəkiçiltmə əməliyyatına tək getməsinin səbəbindən söz açıb:

“Evdə uşaqlara kimsə baxmalıydı. Mən uşaqlara nəzarət etdim. Sonra adam gəldi, çıxdım. Şükür yaxşıdır. Evə qayıdanda da təkdir. Niyə? Çünki mən çəkilişdəyəm”.



Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin