Leysan yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
3 Noyabr 2024
21:59 - 30 Oktyabr 2024
Hazırda olan məlumata əsasən, İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur.
Manset.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, oradakı səfirliyimizə hər hansı müraciət daxil olmayıb.
Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub.
Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.
Daşqınlar nəticəsində azı 72 nəfər həlak olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin