logo
logo logo
logo

Ronaldonun performansı zəifləyib?

00:30 - 18 İyun 2026

Ronaldonun performansı zəifləyib?

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Konqo Demokratik Respublikası yığmasına qarşı matçın ilk hissəində zəif göstərici ilə yadda qalıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, o matçın (1:1) birinci hissəsində topla cəmi 16 dəfə təmasda olub. Bu göstərici Portuqaliya yığmasında sahə oyunçuları arasında ən aşağı nəticə olub. Eyni sayda topla təmas qapıçı Dioqu Koştada da qeydə alınıb.

Qeyd edək ki, 41 yaşlı Ronaldo karyerasında altıncı dünya çempionatında iştirak edir və bu göstəricidə Lionel Messi ilə birlikdə rekordçudur.

Hazırda mundiallarda 6 dəfə iştirak edən futbolçular siyahısına yalnız Meksika millisinin qapıçısı Gilyermo Oçoa da qoşula bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az