Rəna Məmmədova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoruna müşavir təyin edilib.
Bu barədə Manset.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edək ki, TƏBİB-in İcraçı direktorunun yeni müşaviri, tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova hazırkı təyinatınadək "Paşa Sığorta" ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.