logo
logo logo
logo

Təyyarə qəza törətdi - Həlak olan var

23:17 - 17 İyun 2026

Təyyarə qəza törətdi - Həlak olan var

ABŞ-nin Texas ştatında gecə saatlarında baş verən təyyarə qəzası bölgədə təşvişə səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Laredo şəhərində kiçik təyyarənin magistral yola düşməsi nəticəsində 1 nəfər həyatını itirib. Təyyarədə ümumilikdə 6 nəfərin olduğu bildirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin yerə çırpıldıqdan sonra alovlandığı və qısa müddətdə yanğın baş verdiyi əks olunub.

Hadisədən sonra əraziyə təcili yardım, yanğınsöndürmə və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az