logo
logo logo
logo

Erik Ruay vəfat etdi - FOTO

22:34 - 17 İyun 2026

Erik Ruay vəfat etdi - FOTO

Fransanın “Brest” klubunun baş məşqçisi Erik Ruay 58 yaşında vəfat edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Liqa 1 təmsilçisi olan “Brest”də çalışan Erik Ruay təxminən dörd il davam edən mədəaltı vəzi xərçəngi ilə mübarizədə məğlub olub.

Erik Ruay aşağı liqaya düşmək təhlükəsi ilə üzləşən komandanı qısa müddətdə UEFA Çempionlar Liqasına daşımağı bacarmış, hətta komandanın növbəti mərhələyə yüksəlməsinə nail olmuşdu.

Son üç ildə “Brest”ə rəhbərlik edən mütəxəssis daha əvvəl İngiltərənin “Uotford”, Fransanın isə “Nitsa” və “Lans” klublarında idman direktoru vəzifəsində çalışmışdı.

Qeyd edək ki, Erik Ruay uzun müddətdir mədəaltı vəzi xərçəngindən əziyyət çəkirdi. Onun vəfatı Fransa futbol ictimaiyyətində böyük üzüntü ilə qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az