Meksikanın mərkəzindəki Tlaxcala əyalətində fəaliyyət göstərən polad zavodunda partlayış baş verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, partlayış zamanı 12 nəfər həyatını itirib.
Tlaxcala əyalətinin qubernatoru Lorena Kuellar açıqlamasında hadisənin prokurorluq tərəfindən hərtərəfli araşdırıldığını bildirib.
"Mərhumların ailələri ilə həmrəyəm, onları bu çətin zamanda tək qoymayacağıq" , - o bildirib.