ABŞ Prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmasından sonra faiz dərəcələrinin 1 faiz və ya daha aşağı səviyyəyə endirilməsinə çağırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında bununla bağlı paylaşım edib.
ABŞ-da faiz dərəcələrinin 1 faiz və ya daha aşağı səviyyədə olması lazım olduğunu bildirən Tramp ölkənin “şübhəsiz ki, dünyanın ən yaxşı kredit qabiliyyətinə” malik olduğunu iddia edib.
Ölkə iqtisadiyyatının yeni investisiyalar hesabına sürətlə böyüdüyünü qeyd edən Tramp bildirib:
“Bizim ticarət kəsiri yaşadığımız bütün ölkələrlə, onların əksəriyyəti ilə ticarəti dayandırsaydıq, ildə ən azı 1,5 trilyon dollar qazanardıq.
“Kəsir” sözü “zərər” ifadəsinin bəzəkli formasıdır.
Dünyadakı demək olar ki, bütün ölkələri biz maliyyələşdiririk və bu, artıq belə davam edə bilməz”.