Görmə məsafəsi 500 metrədək məhdudlaşıb

10:31 - 7 Mart 2024

Görmə məsafəsi 500 metrədək məhdudlaşıb

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

 

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Manset.az-a bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda  500 metrədək məhdudlaşıb.

Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin  səbəbi  nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır:

“Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin  bu gün gündüz  saatlarınadək  davam edəcəyi gözlənilir”.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin