"Avroviziya-2024" müsabiqəsində Azərbaycanı bu şəxs təmsil edəcək

22:26 - 7 Mart 2024

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb. Bu il ölkəmizi İsveçin Malmö şəhərində Fahree - Fəxri İsmayılov təmsil edəcək.

 

Manset.az  xəbər verir ki, seçim prosesi 2 əsas mərhələdən ibarət olub.

Birinci mərhələdə iştirakçılar yerli musiqi və səhnə peşəkarlarından ibarət jüri qarşısında mahnılarını canlı olaraq ifa ediblər. Yerli jüri səsverməsi nəticəsində 15 ifaçıdan 6-sı beynəlxalq jüri səsverməsinə keçə bilib. Fahree səsvermənin lideri olmaqla 2024-cü ildə Azərbaycanın Avroviziya təmsilçisi adına layiq görülüb.

Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu ilki seçimlərdə hər bir ifaçı məhz Avroviziya səhnəsində ifa etmək istədiyi mahnı ilə iştirak edib. Qalib mahnıda müasir pop və ənənəvi etno elementlərinin sintezi əksini tapir.

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin