logo
logo logo
logo

Qaxda 2 maşın toqquşdu: Ölən var - FOTO

17:53 - 19 Sentyabr 2026

Qaxda 2 maşın toqquşdu: Ölən var - FOTO

Qaxda iki minik avtomobili toqquşub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar - Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının  Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. onlardan G.Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza zamanı xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az