logo
logo logo
logo

Füzulidə ağır qəza - Ölən və yaralılar var 

16:48 - 19 Sentyabr 2026

Füzulidə ağır qəza - Ölən və yaralılar var 

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Mirzəcamallı kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Babayev Səxavət Niyaz oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarına aşıb.

Nəticədə avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində həyatını itirib.

Qəza zamanı sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Sabir qızı və İsgəndərov Məhəmməd Məmməd oğlu ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az