“Bayer 04” “Qarabağ” azarkeşləri üçün nə qədər bilet ayırıb?

13:08 - 11 Mart 2024

“Bayer 04” “Qarabağ” azarkeşləri üçün nə qədər bilet ayırıb?

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında Almaniyada "Bayer"in qonağı olacaq "Qarabağ"a 1800 bilet ayrılıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Klub rəsmisi qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlərin satışa çıxarılacağını vurğulayıb.

Qeyd edək ki, “Bayer” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin